Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2019
15:43
Ombudsman vəzifəsinə namizədlərin siyahısı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, Prezident İlham Əliyev 3 nəfərə böyük etimad göstərib: “Hesab edirəm ki, Ombudsman seçiləcək şəxs Azərbaycanda insan hüquqlarının qorunması sahəsinə praktik olaraq öz müsbət töhfəsini verəcək, cənab Prezidentin etimadını doğruldacaq”.

Məsələ müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Məqalədə : Milli Məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İraqda güclü partlayış: on ölü

13

Dekabr
11:41
DÜNYA
165

Dünya bazarında neftin bahalaşması davam edir

13

Dekabr
10:39
İQTİSADİYYAT
223

Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb

13

Dekabr
10:31
HÜQUQ,HADİSƏ
283

"Qarabağ" 9,5 milyon qazandı

13

Dekabr
10:22
İDMAN
341

ABŞ kosmosa çətənə göndərir

13

Dekabr
10:21
DÜNYA
281

Atəşkəs rejimi 23 dəfə pozulub

13

Dekabr
10:20
HƏRB
250

Boris Conson seçkidə qalib gəlib

13

Dekabr
10:00
DÜNYA
333

Xarici valyutaların manata qarşı məzənnələri

13

Dekabr
09:44
İQTİSADİYYAT
271
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 12:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru