Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2019
11:05
Sürücü yoldakı böyük çuxuru görməyərək yerin altına girdi - VİDEO-FOTO

Braziliyanın cənubunda yerləşən Flores-da-Kunya şəhərində yola quraşdırılmış təhlükəsizlik kamerası dəhşətli görüntüləri qeydə alıb.

FaktXəbər-in "Deyli Meyl"ə istinadən məlumatına görə, yolda hərəkətdə olan yük maşınının ağırlığına tap gətirməyən asfalt qəfildən çöküb və küçənin ortasında böyük bir çuxur yaranıb. Bu zaman arxadan gələn avtomobilin sürücüsü yaranmış çüxuru görməyib və avtomobil tamamilə yerin altına girib.

Xoşbəxtlikdən qəza nəticəsində 34 yaşlı Vanessa Kavanollinin sadəcə burnu sınıb. Onun 12 yaşlı qızı Andressa isə yüngül xəsarət alıb.

Bələdiyyədən bildiriblər ki, qəzanın baş verdiyi yol su və kanalizasiya sisteminin üstündə yerləşir. Hadisə zamanı borular sınıb və bölgə əhalisi susuz qalıb. Yolun asfakt örtüyünün qalınlığının 50 sm-ə yaxın olduğu bildirilir. Ehtimal edilir ki, yolun çökməsinə səbəb yük maşınının ağırlığı olub.

Məqalədə : asfalt çuxur 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İraqda güclü partlayış: on ölü

13

Dekabr
11:41
DÜNYA
165

Dünya bazarında neftin bahalaşması davam edir

13

Dekabr
10:39
İQTİSADİYYAT
223

Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb

13

Dekabr
10:31
HÜQUQ,HADİSƏ
283

"Qarabağ" 9,5 milyon qazandı

13

Dekabr
10:22
İDMAN
341

ABŞ kosmosa çətənə göndərir

13

Dekabr
10:21
DÜNYA
281

Atəşkəs rejimi 23 dəfə pozulub

13

Dekabr
10:20
HƏRB
250

Boris Conson seçkidə qalib gəlib

13

Dekabr
10:00
DÜNYA
333

Xarici valyutaların manata qarşı məzənnələri

13

Dekabr
09:44
İQTİSADİYYAT
271
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 12:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru