Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2019
16:07
BDU zəhərlənmənin ilkin səbəbini açıqladı

Bakı Dövlət Universiteti (BDU) Universitetin 2 saylı yataqxanasında baş vermiş zəhərlənmə ilə bağlı məlumat yayıb.

Universitetdən FaktXəbər-ə verilən xəbərə görə, ilkin araşdırmalardan və digər tələbələrin verdiyi məlumatdan ehtimal olunur ki, zəhərlənmə tələbələrin ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan istifadəsi zamanı baş verib: “Hadisə dünən gecə saatlarında, 20 noyabrda olub. Həmin vaxtı təcili tibbi yardım gəlib, tələbələrə ilkin tibbi yardım göstərilib, onlar müayinə olunub, iynə vurulub. Həmin vaxtı tələbələrin vəziyyəti normala qayıdıb, özlərinin razılığından sonra təcili tibbi yardım oranı tərk edib. Amma görünən odur ki, səhər saatlarında tələbələrimizin səhhətində yenidən problem baş verib. Vəfat edən tələbəmizə Allahdan rəhmət diləyirik. Bu, bizim üçün böyük itkidir. Digər iki tələbənin vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Tibbi Mərkəzə köçürülüb. Onların vəziyyətinə tam şəkildə nəzarət olunur. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur. Onların vəziyyəti yaxşılığa doğru gedir, özləri hadisə ilə bağlı açıqlama veriblər. Məsələ tam şəkildə universitet rəhbərliyinin nəzarətindədir. Bütün tələbələrə müraciət edirik ki, qidalanmalarına və gigiyenik qaydalara nəzarət etsinlər”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında bir tələbənin ölümü, iki tələbənin zəhərlənməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə : BDU 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
219

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
336

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
279

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
554
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 23:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru