Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2019
14:03
Bu il uşaqlara qarşı cinayət törədən 266 şəxs məsuliyyətə cəlb olunub

"Bu ilin 9 ayında uşaqlara qarşı zorakılıqla bağlı törədilən cinayətlərin ümumi sayı 159 olub. Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb edilib".

Bunu Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, müxtəlif qanunsuz əməllərə məruz qalmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanların və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə təkcə bu ilin 9 ayı ərzində 1200-dək reyd və yoxlama keçirilib: "Hüquqi maarifləndirmə mövzusunda müxtəlif səpkidə 1000-dən artıq görüş, yığıncaq baş tutub. Görülən işlər nəticəsində 9 ay ərzində ölkədə uşaqlara qarşı törədilmiş cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 fakt, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərin sayı isə ötən illə müqayisədə 38 fakt az olub".

Nazir müavininin sözlərinə görə, uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, qeyri-insani rəftara məruz qalmasını, qanunsuz fəaliyyət göstərən icmalara cəlb olunmasının qarşısının alınması daha da genişləndirilib: "Erkən nikahlar da kifayət qədər aktual problemdir. Aidiyyəti dövlət qurumları, ictimaiyyətin və beynəlxalq təşkilatların tövsiyyəsi nəzərə alınmaqla Daxili İşlər Nazirliyi tərəfindən xüsusi göstərişlər hazırlanıb, yerli orqanlara göndərilib və icrası daim nəzarətdədir. İnsan hüquq və azadlıqlarının pozulması ilə müşahidə olunan erkən nikahların qarşısının alınması məqsədilə əhali arasında, həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə hüquqi maarifləndirmə tədbirlərlərinə xüsusi önəm verilir. Zorakılığa qarşı potensial qüvvələr hesab olunan, küçələrdə müxtəlif əmək növləri ilə məşğul olan, eləcə də avaralıq və dilənçilik edən uşaqlar, onları buna vadar edənlər reydlər zamanı aşkar olunur".

Məqalədə : cinayət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

17

Fevral
18:12
İQTİSADİYYAT
320

Ədliyyə nazirindən yeni təyinat

17

Fevral
17:39
SİYASƏT
480

Fevralın 18-nə manatın məzənnəsi

17

Fevral
17:34
ÖLKƏ
260

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

17

Fevral
16:35
NƏQLİYYAT
326

MSK-nın iclası keçirilir - YENİLƏNİR

17

Fevral
16:27
SİYASƏT
2266

DSMF-də yeni idarələr yaradıldı

17

Fevral
15:44
ÖLKƏ
414

Vilayət Eyvazovdan yeni təyinat

17

Fevral
15:40
ÖLKƏ
359

13 bağ evini qarət edən şəxslər tutulub - FOTO

17

Fevral
14:58
HÜQUQ,HADİSƏ
357
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 09:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru