Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2019
18:20
`Nar` abunəçilərə gələn arzuolunmaz mesajları əngəlləyir

Müştəriyönümlu strategiyası ilə seçilən “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) təklif etdiyi məhsul və xidmətlərini abunəçilərdən gələn sorğular əsasında davamlı olaraq inkişaf etdirir.

Şirkətdən FaktXəbər-ə verilən məlumata görə, mobil operator istifadəçilərin ehtiyac duyduğu əlavə xidmətləri yüksək keyfiyyətdə təqdim etməklə yanaşı, şəffaflıq prinsipinə uyğun olaraq abunəçiləri arzuolunmaz qoşulmalardan qoruyur. 

Mobil operator arzuolunmaz SMS göndərişləri, veb-səhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün lazımi tədbirlər görür. Belə ki, “Nar” abunəçiləri narahat edə biləcək xidmət göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir. Bu isə “Nar” abunəçilərinə yalnız şəxsi seçim əsasında ehtiyac duyduqları xidmətləri aktivləşdirmə imkanı verir.

“Müştərilərimizin istifadə etdikləri xidmətlər, eləcə də bu xidmətlərə qoşulma üsullarında tam şəffaflığın təmin edilməsi “Nar”ın müştəriyönümlü strategiyasının əsas tərkib hissələrindən biridir. Məqsədimiz müştərilərimizi spam xarakterli arzuolunmaz qoşulmalardan qorumaqdır. Uzun müddətdir ki, biz bu istiqamətdə çalışırıq və hələ ötən il işlərimizin böyük bir qismini tamamlamışdıq. Bu gün isə böyük məmnuniyyətlə bildiririk ki, artıq bu göstəricini sıfır həddinə çatdırmağa nail olmuşuq. “Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq, hər zaman abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə davam edəcək”, - deyə “Azerfon”un kommersiya idarəsinin direktoru Qəhrəman Kazımov bildirib.

Abunəçilər yarana biləcək istənilən sualla bağlı “777” qısa nömrəsinə zəng edərək 24/7 rejimində çalışan Müştəri Xidmətlərinə, “Nar-ın “Facebook”, “Twitter” və “Instagram” səhifələrinə, onlayn çata müraciət edə və qısa müddət ərzində sorğularına cavab ala bilərlər. Bundan başqa, “Nar+” mobil tətbiqinin “İstifadə tarixçəsi” bölməsindən də sərfiyyat haqqında lazım olan bütün informasiyanı əldə etmək mümkündür.

Qeyd edək ki, “Nar” həyata keçirdiyi müştəriyönümlü strategiya və təqdim etdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.

Məqalədə : nar mesaj 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
219

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
336

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
279

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
554
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 23:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru