
Prezident İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
FaktXəbər bildirir ki, sərəncam Ağdaş şəhərində fin tipli, istismara yararsız evlərdə və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.
Sərəncamla Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Ağdaş rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Habil Əliyev adına 500 şagird yerlik yeni musiqi məktəbi inşa edilmiş, 39 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X25 MVA gücündə “Ağdaş” yarımstansiyası yenidən qurulmuş, Biyan Sənaye Parkının biyan tədarükü və emalı, bitki ekstraktı və sirop istehsalı zavodları və digər iri istehsal və emal müəssisələri yaradılmış, 13 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
12
Aprel- 12-04-2021 16:50 Daha 1 151 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb
- 12-04-2021 16:34 Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
- 12-04-2021 15:51 Sahil Babayev özünə daha bir müşavir təyin edib
- 12-04-2021 14:30 Azərbaycan ordusunda növbəti təlimlər başladı
- 12-04-2021 14:22 Daha 4 məktəb koronavirusa görə bağlandı
- 12-04-2021 13:41 Sabah hava necə olacaq?
- 12-04-2021 12:56 Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO
- 12-04-2021 11:59 Koronavirusa yoluxan Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
- 12-04-2021 11:14 DSMF: Pensiyalar aprelin 15-i tam ödəniləcək
- 12-04-2021 10:35 Milli Konservatoriyada COVID-ə görə əyani dərslər dayandırılıb
- 12-04-2021 09:58 Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib, saxlanılanlar var
- 10-04-2021 12:33 Bazar günü Bakıda yağış yağacaq, külək əsəcək
- 10-04-2021 12:31 Nazir polkovnik-leytenantı xidmətdən qovdu
- 10-04-2021 10:56 Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- 09-04-2021 16:40 Son sutkada nə qədər adam yoluxub?
- 09-04-2021 15:53 Sabah küçəyə çıxmamaq tövsiyə olunur
- 09-04-2021 15:23 Ramazan ayı ilə bağlı fətva verildi
- 09-04-2021 14:19 Prezident ona general-mayor rütbəsi verdi
- 09-04-2021 14:11 Sabaha olan hava proqnozu açıqlandı
- 09-04-2021 12:59 Müddətsiz əlillik hansı hallarda verilir? - Nazir açıqladı
- 09-04-2021 12:50 İranda koronavirusa görə bütün sahələr 10 günlük bağlanır
- 09-04-2021 12:36 Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO
- 09-04-2021 12:17 Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
- 09-04-2021 10:59 Bakıda yol çökdü: “Azərsu” ASC hərəkətə keçdi
- 09-04-2021 10:48 Son 3 ayda yol qəzalarında ölən piyadaların sayı açıqlandı