Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2019
18:22
Nazirlik: Daha ciddi tədbirlər görüləcək

Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və bu problemin aradan qaldırılması məqsədilə maraqlı və məsul tərəflərin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, “Azərsu” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azersun Holding” MMC, SOCAR-ın Ekologiya İdarəsi, Beynəlxalq Dəniz Ticarət Limanı, “Siyəzən Broyler”, “Səba” ASC, Qafqaz Konserv zavodu, Bakı Qida və Yağ fabriki, “Azər Yod” MMC, “Yalama Xəzər” Turist bazası, “Lotos”, “Malibu”, “Meşəbəyi”, “Xəzər Palace”, “SunSet”, “Ülfət” və s. idarə, müəssisə və iaşə obyektlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb.

ETSN-nin ətraf mühit üzrə mütəxəssisi Adil Zeynalov bildirib ki, görüşdə Xəzər dənizinin çirklənməsinin qarşısının alınması mövzusunda Nazirliyin əməkdaşları tərəfindən təqdimat olunub, dənizə mənfi təsirlərin minimuma endirilməsi üçün tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib.

Xəzərin çirklənməsinin qarşısının alınması üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, sahibkarların üzləşdikləri çətinliklərin təhlilində ETSN-nin maraqlı olduğu diqqətə çatdırılıb. Xəzəri çirkləndirən obyekt, müəssisə və təşkilatların fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurması, texnoloji yeniliklərin tətbiqi istiqamətində maraqlı və məsul tərəflərlə sıx əməkdaşlıq edilməsi üçün təkliflər və tövsiyələr verilib, qarşılıqlı razılaşma əldə olunub.

ETSN rəsmisi Xəzərin çirkləndirilməsində rolu olan müəssisə və təşkilat rəhbərlərinə bir daha müraciət edərək bildirib ki, müasir texnologiyalar mövcud olduğu halda, bu avadanlıqları quraşdırmağa və onlardan istifadəyə önəm verilmir və bu gün də standartlara cavab verməyən köhnə texnoloji üsullardan istifadə edilir. Əgər qısa vaxt ərzində lazımi işlər görülməzsə, çirkləndirənlər barəsində sərt və daha ciddi tədbirlər görüləcək, fəaliyyətlərinin məhdudlaşdırılması üçün məhkəmələrə müraciət olunacaq.

Məqalədə : ekologiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 4207 cinayət işinin istintaqı tamamlanıb

22

Yanvar
18:03
HÜQUQ,HADİSƏ
157

AXCP üzvü döyülübmü? - DİN-dən rəsmi cavab

22

Yanvar
17:36
HÜQUQ,HADİSƏ
211

Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib

22

Yanvar
17:12
HÜQUQ,HADİSƏ
203

Dairəvi dəmir yolunun tikintisi yekunlaşır

22

Yanvar
17:08
NƏQLİYYAT
213

Azərbaycanda məktəbli geyimləri necə olmalıdır?

22

Yanvar
17:02
ELM / TƏHSİL
451

Prezident seçkilərdən danışdı

22

Yanvar
16:56
ÖLKƏ
223

Binəqədidə qumbara və partladıcı tapılıb

22

Yanvar
15:45
HÜQUQ,HADİSƏ
247

AFFA idmançıları cəzalandırdı

22

Yanvar
15:22
ÖLKƏ
209

Yanğında 400 ev kül oldu - VİDEO

22

Yanvar
14:31
DÜNYA
323
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 19:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru