Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2019
10:20
Bağdadidən sonra İŞİD-in yeni liderinin kimliyi müəyyənləşib

Abdullah Qardaş İŞİD-in yeni lideri olacaq. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Newsweek jurnalı xəbər verib. Nəşr bildirir ki, o,  Suriyada ləğv edilmiş lider Əbu Bəkr əl-Bağdadinin ən çox ehtimal olunan varisidir.

Kəşfiyyat rəsmisi jurnala bəyan edib ki, öldürülən əl-Bağdadi son günlər işlərdən uzaqlaşmışdı, sadəcə nominal lider kimim qalmışdı. 

"O, nə əməliyyatlarda, nə də gündəlik işlərdə iştirak etmirdi. Bundan əlavə, o, artıq Qardaşı terror təşkilatında yüksək vəzifəyə təyin etmişdi", - deyə mənbə bildirib.

İdlib əyalətində ABŞ qüvvələrinin xüsusi əməliyyatı nəticəsində məhv edildiyi iddia edilən İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin olduğu yer onun əsas köməkçilərindən birinin köməyi sayəsində müəyyən edilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Reuters agentliyi İraq xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Əl-Bağdadi üçün uzun bir axtarış əsnasında İraq kəşfiyyatçıları 2018-ci ilin fevral ayında İŞİD liderinin əsas köməkçilərindən biri olan İsmael əl-Etaviyin izinə rast gəliblər. Əl-Etavi türk hərbçiləri tərəfindən tutularaq İraq təhlükəsizlik qüvvələrinə təhvil verildi. 

"Əl-Etavi, əl-Bağdadinin Suriyada görüşdüyü adam da daxil olmaqla beş nəfər haqqında və [görüşlər üçün] istifadə etdikləri müxtəlif yerlər haqqında ətraflı məlumat verib",  deyə İraq məxfi xidmətlərindən biri agentliyə bildirib.

İraq mənbələri İsmael əl-Ətəvini əl-Bağdadinin beş əsas köməkçisindən biri adlandırırlar. Əl-Etavi 2006-cı ildə Əl-Qaidə terror şəbəkəsinə qoşulmuş 2008-ci ildə , ABŞ hərbçiləri tərəfindən həbs edilmiş, sonra dörd il həbsdə qalmışdır. Sərbəst buraxıldıqdan sonra o, İŞİD-ə qoşulub.

Əl-Bağdadinin olduğu yeri ABŞ, Türkiyə və İraqın ortaq kəşfiyyat əməliyyatı zamanı müəyyən oluna bilib. Kəşfiyyatçılar daha bir neçə İŞİD terrorçusunu ələ keçirərərk, onlardan Suriyadakı əl-Bağdadi ilə görüş yerləri haqqında məlumat alırlar, sonra İŞİD liderinin İdlib bölgəsində ailəsi ilə birlikdə gizləndiyini öyrənirlər.

Nəticədə, İdlib bazarlarından birində, İraq məxfi xidmətlərinin Suriyalı məlumatlandırıcıları İsmael əl-Etavini (onun taleyi İraq təhlükəsizlik qüvvələrinə təhvil verildiyi andan bəri Reuters tərəfindən aydınlaşdırılmayıb) gördü. Onun ardınca əl-Bağdadinin harada olduğunu müəyyənləşdirmək, həmçinin  peyk və dronların köməyi ilə İŞİD rəhbərini müşahidə etmək mümkün oldu. Oktyabrın 25-də əl-Bağdadi yeni bir yerə köçdü, burada ABŞ hərbiçiləri tərəfindən məhv edildi.

Eyni zamanda, New York Times daha əvvəl yazmışdı ki, əl-Bağdadinin olduğu yer bu yay həyat yoldaşlarından birinin, həmçinin bir xəbər ötürəninin tutulması və dindirilməsi nəticəsində müəyyən olunub. Nəşr vasitəçinin adını çəkməyib.

Qeyd edək ki, CNN-in məlumatına görə, Əbu Bəkr əl-Bağdadinin cəsədi dənizə atıla bilər. Bundan əvvəl bu fikri Amerika Birləşmiş Ştatlarının Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayn söyləyib. 2011-ci ildə Üsamə bin Ladenin cəsədinin Ərəbistan dənizinə atıldığını xatırlatdı.

Məqalədə : Bağdadi İŞİD 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 8-ci gününün duası - AUDİO

20

Aprel
20:30
MƏNƏVİYYAT
55

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
156

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
135

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
170

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
420

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
216

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
215

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
211

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
195

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
281
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 20:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru