Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2019
14:29
Bakı-Tbilisi-Bakı sürət qatarı ilk sərnişinlərini daşıdı

Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə bu cür qatarlar üçün nəzərdə tutulmuş "Prima M4" sərnişin lokomotivi ilə yola salınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Faktxeber.com-a verilən məlumata görə, bu günə qədər dəmir yollarında sərnişin qatarlarının daşınmasında ötən əsrin 70-ci illərinin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu.

Fransanın “Alstom” şirkətinin istehsalı olan "Prima M4"ün ikisistemli elektrik lokomotivli olması (sabit və dəyişən cərəyanla (3 və 25 KVT) işləyir) uzunmüddətli istismar olunmasına şərait yaradır. Lokomotivdə istifadə olunan rekuperativ əyləcləmə öz növbəsində enerji sərfiyyatını azaldır, təkər darağı yağlanması sisteminin mövcudluğu isə təkərlərin istismar müddətini uzadır.

Köhnə lokomotivlərlə müqayisədə "Prima M4"ün maksimal sürət həddi 100 km/saatdan 160 km/saata kimi artıb. Lokomotivdə 4 ədəd 1200 KVT gücündə assinxron mühərrik quraşdırılıb. "Prima M4"lər elektropnevmatik əyləcləmə sistemi ilə təchiz olunduğundan hərəkətə başlama zamanı və dayanacaqlarda əyləcləmə zamanı yumşaq əyləcləmə baş verir ki, bu da sərnişinlərin rahatlığını təmin edir. Maşinist kabinası isə isitmə və soyutma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, lokomotiv və vaqon parklarının yenilənməsi “Azərbaycan Dəmir Yolları” QSC-də gedən müasirləşdirilmə prosesinin əsas tərkib hissələrindən biridir və bu istiqamətdə də mühüm addımlar atılır.

Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın "Alstom” şirkəti arasında 12 may 2014-cü il tarixdə imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.

Bu ilin sonuna kimi “Alstom” şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
1982

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1774

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
268

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
206

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
235

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
195

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
230

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 01:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru