Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2019
14:52
Kərbəlada itən axundun qardaşı Faktxeber.com-a danışdı

Ərbəin yürüşündə iştirak etmək üçün İraqın müqəddəs Kərbəla şəhərinə yola düşən İmişli rayon Sərxanlı kənd sakini Yusifov Davər Qəfər oğlundan 5 gündür xəbər yoxdur. Hadisə mətbuatda və  sosial şəbəkələrdə müzakirə edilir. İtkin düşmüş zəvvarın din xadimi olduğu, hansısa radikal qruplaşmalar tərəfindən oğurlandığı haqda müxtəlif məlumatlar yayılır. 

Hadisəyə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də rəsmi münasibət bildirilib. Qeyd olunur ki, Yusifov Davər Qəfər oğlu rəsmi təyinatı olan din xadimi olmayıb, itkin düşən zəvvarın axtarılmasından ötrü İraq hüquq-mühafizə orqanlarına da müraciət olunub.

Faktxeber.com-un əməkdaşı itkin düşmüş zəvvarın ailəsi ilə əlaqə saxlayıb. Qardaşı, Şakir Yusifov qardaşının itkin düşməsini təsdiqləsə də sosial şəbəkələrdə yayılan məlumatlarının həqiqətə uyğun olmadığını açıqladı: “ Qardaşım oktyabrın 9-u Şahəddin adlı şəxsin rəhbərliyi ilə Kərbəlaya yola düşüb. Səfərdə 4 qadın azaraq dəstədən ayrı düşüb. İtən qadınlardan biri də qardaşım Davərin həyat yoldaşı olub. Onları axtarmağa gedən zaman özü də itkin düşüb”. 

Şakir Yusifov qardaşının səhətində problemlərin olduğunu da bildirib: “Mənim xəbərim olmayıb, amma oğlu indi yanımda əyləşib, deyir ki, atasının ürəyində nasazlıq olub”. 

Şakir Yusifov qardaşının itkin düşməsi haqda xəbəri oktyabrın 20-də aldıqlarını və elə həmən gündən etibarən bütün hüqüq mühafizə orqanlarına müraciət etdiklərini bildirib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16723

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15397

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16787

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16375

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21780

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16255

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16395
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-08-2020 03:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru