Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2019
14:07
225
Sabah Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Sabah Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, Bakı şəhərində "Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar 25 oktyabr saat 08:30-dan "Heydər Əliyev Mərkəzi”, "Bakı Konqres Mərkəzi”, "Hyatt Regency” oteli istiqamətinə doğru kəsişən, bitişən küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək və xüsusilə paytaxtın Nərimanov rayonu ərazisindəki Xətai və Təbriz küçələri istiqamətində, Həsənoğlu və Qədirbəyov küçələri kəsişməsində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

V.Əsədov həmçinin bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrindən, yəni Lökbatan dairəsindən mərkəzə doğru hərəkət edən avtomobil sürücüləri kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə hərəkət etmələri nəzərdə tutulub: “Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, keçirilən tədbirlə əlaqəli paytaxtın Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələrdən sürücülər mümkün qədər avtomobillərdən istifadə etməsinlər”.

Məqalədə : Bakının mərkəzi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
19

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
26

Xurmanın faydaları: Kimlərə olmaz?..

08

Noyabr
12:05
AİLƏ, SAĞLAMLIQ
227

Xarici valyutaların manata qarşı məzənnələri

08

Noyabr
09:37
İQTİSADİYYAT
47
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 14:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru