Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2019
16:55
Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Faktxeber.com-a verilən məlumata görə, nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər iki ölkənin dövlət başçıları arasında olan qarşılıqlı hörmət və etimadın Azərbaycan-İran münasibətləri üçün həlledici rol oynadığını söyləyiblər. Bu xüsusda, iranlı nazir Azərbaycan tərəfinə qonaqpərvərliyə və QH-nin Zirvə Toplantısının yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür bildirib.

Söhbət əsnasında uğurla inkişaf edən regional əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarının geniş perspektivlər açdığı qeyd edilib. Bu mənada bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat dəhlizləri, o cümlədən dəmir yollarının gözəl fürsətlər yaratdığı vurğulanıb.

Görüşün sonunda Nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

Məqalədə : XİN Cavad Zərif 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
533

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
172

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
390
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 19:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru