Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2019
14:01
Portağalın qiyməti bizdə niyə BAHADIR?

“Bir məhsulun qiymətinin aylarla dəyişməməsi və qonşu ölkədən dəfələrlə baha olması iqtisadi əsaslarla izah edilə bilməz”.

Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. O, Azərbaycana idxal olunan bəzi məhsulların, əsasən də portağalın baha olmasının heç bir iqtisadi əsası olmadığını bildirib:

“İdxal edilən məhulların bir qisminin qiymətinin qonşu ölkələr ilə müqayisədə xeyli baha olması son zamanlar müzakirə olunan məsələlərdəndir. İstehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullardan biri də portağaldır. Hazırda Bakı supermarketlərində portağalın qiyməti orta hesabla 4.5 manatdan başlayır. Yay aylarından yüksələn qiyməti payızda da dəyişmədi. Ola bilər ki, bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin artıq aylarla dəyişməməsi və qonşu ölkələr ilə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslar ilə izah edilə bilməz. Qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir. Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim ishtehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur. Orta aylıq əmək haqqı 3,300 avro olan Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır. Avropa pulu ilə ifadədə Bakıda portağalın kilolqramı 2.38 avroya, orta aylıq əmək haqqı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır”.

Vüqar Bayramov qiymətlərin baha olmasının xarici ticarətdə liberallaşmanın olmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, bəzi məhsulların idxalı ilə yalnız az sayda sahibkarın məşğul olması qiymətlərin bahalaşmasına gətirib çıxarır:

“Bunun səbəblərini iqtisadi baxımdan izah etmək mümkün deyil. Düşünə bilərsiniz ki, niyə sadəcə, bir meyvənin qiymətini müzakirə edirik. Məsələ, sadəcə portağalın qiyməti ilə bitmir. Bu əslində ondan xəbər verir ki, hələ də xarici ticarətimiz tam liberallaşmayıb. Belə olmasaydı, sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni daha ucuz qiymətə gətirib gəlir əldə edə bilərlər. Deməli, bu meyvənin idxalı ilə az sayda sahibkar məşğul ola bilir. Hətta bəzən rəsmi statistikada say çox görünsə də, təəssüf ki, bu bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur. CESD istehlak bazarında qiyməti region bazarları ilə müqayisədə kəskin yüksək olan məhsullar ilə bağlı monitorinq aparılaraq mətbuatda işıqlandırılmasını və xüsusən də idxal prosesinin, yaşıl dəhlizin fəaliyyətinin monitorinqdə ictimai nəzarətin gücləndirilməsini təklif edir. Gizli iqtisadiyyatın minimumlaşdırılması, monopoliyanın tam aradan qalıdırlması iqtisadiyyatın tam libeallaşdırılması ilə mümkündür”.

Məqalədə : Portağalın qiyməti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
764

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
250

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
555
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2019 00:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru