Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2019
13:54
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bütün ölkə ərazisini sürətli və keyfiyyətli şəbəkə ilə əhatə edən “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumatlara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil operatorun aktiv 4G istifadəçilərinin sayı 85% artaraq 875 min nəfəri ötüb. Quraşdırılan baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi 67% artıb. 4G smartfon penetrasiyasının artımı, LTE və LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar “Nar”ın 4G istifadaçilərinin sayının artmasına səbəb olub. 

“Nar”ın LTE texnologiyalı baza stansiyalarını paytaxtla yanaşı, bölgələrdə, hətta ən ucqar kəndlərdə belə genişləndirməsi sayəsində 4G internetindən istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 101% artıb. Bununla da 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.  Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Qeyd edək ki, “Nar”ın 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5 %-ni  əhatə edir.

Məqalədə : Nar 4G 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
150

Neft ucuzlaşıb

21

Noyabr
09:20
İQTİSADİYYAT
160

Bakıda ağır yol qəzası baş verib, ölənlər var

21

Noyabr
08:57
HÜQUQ,HADİSƏ
206

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub

21

Noyabr
08:47
HÜQUQ,HADİSƏ
200

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
212

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
212

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
437

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
180

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
200

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
300

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
517
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 10:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru