Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2019
12:07
NATO gizli şəkildə nüvə müharibəsinə hazırlaşır

Alman Silahlı Qüvvələri (Bundesver - red.) və Şimali Atlantika Alyansındakı müttəfiqləri, NATO-nun nüvə müharibəsinin başlamasına reaksiyasını ehtiva edən gizli təlimlərdə iştirak ediblər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə DPA xəbər agentliyinə istinadən xəbər verir.

“Steadfast Noon” manevrləri çərçivəsində nüvə silahı daşıya bilən qırıcı-bombardmançılardan istifadənin sınaqdan keçirilməsi planlaşdırılır.

Bundan əlavə, təlimlərdə nüvə silahlarının yeraltı anbarlarından təyyarələrə  və onların qurğularına köçürülməsi işlənir. 

Təlim uçuşları bombasız olacaq. Manevrlərin təfərrüatları barədə hələlik ətraflı məlumat verilmir, lakin şəbəkədə yayımlanan fotolar italyan aviasiyasının da iştirak etdiyini göstərir.

Bundesver, Ayfeldəki Byuxel aviabazasında daim yerləşdirilən 33-cü taktiki hava eskadronuna "Panavia Tornado" döyüş təyyarələrini göndərib. Orda həmçinin Amerikanın B61 hidrogen bombası saxlanıla bilər, ancaq bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

ABŞ-ın nüvə silahları İtaliya, Belçika, Türkiyə və Hollandiyada da ola bilər.

KİV bu cür təlimlərin keçirilməsini, orta və qısa mənzilli raketlərin ləğvi haqqında Müqavilənin pozulması səbəbindən nüvə silahının istifadəsi ilə artan müharibə təhlükəsin ilə əlaqələndirir. 

Xatırladaq ki, ABŞ və Rusiya avqustun 2-də razılaşmadan çıxmağı başa çatdırdı.

Məqalədə : nüvə müharibəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
528

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
172

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
390
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 19:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru