Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2019
10:56
Pensiya alan yüksək çinli məmurlar kimlərdir? - SİYAHI

Prezidenti İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovu və Hacıbala Abutalıbovu vəzifədən azad edilmələri ilə bağlı verdikləri ərizə ilə əlaqədar qəbul edib. Dövlət başçısı onları pensiyaya yola salıb.

FaktXəbər-in məlumatına görə, dövlət başçısı 71 yaşlı Əli Həsənova və 75 yaşlı Hacıbala Abutalıbova indiyə kimi göstərdikləri fəaliyyətə görə təşəkkür edib.

İlham Əliyev Baş Nazirin müavini postundan pensiyaya yola salınan hər iki qocaman məmura Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunduğunu xatırladaraq deyib ki, ölkəyə yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub.

İlham Əliyev üzünü Əli Həsənova tutaraq deyib: “Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.

Dövlət başçısı oxşar sözləri Hacıbala Abutalıbova da deyərək, iqtidardakı yaşlı məmurlara dolayısı ilə çağırış edib: “Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.

Maraqlıdır, Azərbaycan Prezidentinin pensiya yaşını keçmiş məmurlar barədə söylədikləri hakimiyyətdə kimlərə şamil olunur. Bu barədə qısaca bir araşdırma aparmaqla iqtidar komandasında kimlərin pensiya yaşında olduğunu müəyyənləşdirdik. Məlum oldu ki, hakim komandada yaşı 65-i ötmüş xeyli məmur var.

Hakim komandada ən  çox yaşı olan şəxs Ramiz Mehdiyevdir. Ramiz Mehdiyev 1938-ci ildə doğulub və hazırda onun 81 yaşı var. Digər yaşlı məmur keçmiş Daxili İşlər naziri, hazırda , Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasının katibi vəzifəsini tutan Ramil Usubovdur. Usubov 1948-ci il təvəllüdlüdür və dekabrın 22-də 71 yaşı tamam olacaq. Səhiyyə naziri Oqtay Şirəliyev də pensiya yaşındadır. Şirəliyev avqust ayında 69 yaşını qeyd edib. Baş nazirin müavini Yaqub Eyyubov da pensiyaçı məmurlardandır. Oktaybrın 24-də Yaqub müəllimin ad günüdür. O, 74 yaşını qeyd edəcək. Baş nazirin digər müavini Əli Əhmədov da pensiya yaşına keçib. Yanvar ayında Əli müəllimin 67 yaşı olacaq. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin isə hazırda 74 yaşı var. Qocamanlar siyahında olan daha bir şəxs isə Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadədir. Onun 85 yaşı var. 19 ildir ədliyyə naziri olan Fikrət Məmmədov isə pensiya yaşının 1 addımlığındadır. 2020-ci ilin iyul ayında Fikrət Məmmədovun 65 yaşı tamam olacaq.

Prezidentin dünənki çıxışından sonra demək olar ki, yaxın günlərdə işdən çıxarılması barədə öz ərizəsi ilə prezidentə müraciət edən daha bir neçə məmur görəcəyik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
100

Təhsil Nazirliyinə 2 milyon manat ayrılıb

21

Noyabr
16:26
BÖLMƏNİ DÜZ SEÇ!
132

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
165

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
125

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
180

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
180

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
251
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 18:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru