Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2019
10:12
Yaponiyada yeni imperator Naruhito rəsmi olaraq taxta çıxıb

Yaponiya imperatoru Naruhito, ölkənin konstitusiyasına və imperator evi haqqında qanuna uyğun olaraq taxta çıxdığını rəsmi olaraq elan edib. "Yaponiya dövlətinin və xalqın birliyinin simvolu" Tokiodakı intronizasiya mərasimi zamanı çıxış edib, xalqına  vəzifələrini yerinə yetirmək üçün and içib.

O, atası Akihitonun 30 ildən çoxdur taxtda olduğunu və ölkə xalqı ilə sevinc və kədərini bölüşdüyünü əlavə edib. İmperator ölkəsinin xalqın müdrikliyi və səyləri sayəsində gələcək inkişafa nail olacağına, beynəlxalq aləmdə dostluq və barışığın bərqərar olmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, Naruhito atasının istefasından sonra 1 mayda imperator səlahiyyətini almışdı.

Məqalədə : Naruhito Yaponiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
533

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
172

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
390
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 19:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru