Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2019
10:03
Qorbaçov yenə danışdı, bu dəfə `soyuq müharibə`dən

""Soyuq müharibə"nin sonu Sovet İttifaqı və Qərb üçün ortaq bir qələbə idi, lakin Qərb siyasətçiləri, xüsusilə ABŞ özlərini qalib elan etdilər", - deyə SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov bildirib.

FaktXəbər-in məlumatına görə, "bu barədə hər yerdə danışdılar. Yeri gəlmişkən, media da onların çaldığı havaya oynadı. "Soyuq müharibə"ni və silah yarışını sona çatdırmaq üçün çox işlər görən Rusiya və ruslar barədə, bunu onlar tərəfindən necə qəbul ediləcəyi barədə düşünmədilər", - deyə Qorbaçov "Welt am Sonntag"a müsahibəsində söyləyib.

Qorbaçov əlavə edib ki, Qərb bunun siyasətə və Rusiya ilə münasibətlərə necə təsir edəcəyi barədə düşünmür.

"Və özlərini elə aparmağa başladılar ki, elə bil indi Qərbə hər şey icazə verilib: BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan güc tətbiq etmək, beynəlxalq müqavilələri pozmaq, öz şərtlərini tətbiq etmək", - Qorbaçov deyib.

Daha əvvəl Rusiya lideri Vladimir Putin "soyuq müharibə" vəziyyətinə qayıtmaq ehtimalı ilə bağlı bir suala cavab verərəkən, bunun Rusiyaya ən az təsir edəcəyini vurğulamışdı.

Məqalədə : Mixail Qorbaçov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
528

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
172

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
390
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 19:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru