Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2019
14:38
Azərbaycanda və Türkiyədə eyni cinayət: Türkiyədə cani ömürlük aldı - VİDEO

Keçən il 18 avqustda tarixində Türkiyənin Kırıkkale şəhərinin mərkəzində restoranda baş verən hadisədə Əminə Bulud, Maşınqayırma və Kimya Sənayesində təhlükəsizlik işçisi olan və 6 il əvvəl boşandığı həyat yoldaşı Fədai Varan tərəfindən qızının gözü qarşısında bıçaqlanmışdı. Ağır yaralanan Əminə Bulud aparıldığı xəstəxanada dünyasını dəyişmişdi. Yaralı halda kafedən çıxarkən, "ölmək istəmirəm", - deyə fəryad edərkən çəkilən və sosial mediada paylaşılan video, böyük etirazlara və qəzəbə səbəb olmuşdu.

FaktXəbər-in məlumatına görə, hadisədən sonra Fədai Varan qaçsa da, o, polis tərəfindən saxlanılmışdı. 

Onun barəsində "vəhşi hislə öncədən planlaşdırılmış şəkildə adam öldürmək" ittihamı ilə cinayət işi açılmışdı və ömürlük həbs cəzası istənilirdi.

Uzun müddətdir davam edən məhkəmə bu gün başa çatıb və Fədai Varan ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, analoji hadisə Azərbaycanda baş vermişdi. Belə ki, "Avtovağzal" metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. O, L.Abdullayevaya 20 bıçaq zərbəsi vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Nicat Abdullayev polis tərəfindən saxlanılıb və hazırda istintaq hərəkətləri davam etdirilir.

Məqalədə : cinayət bıçaqlanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
1982

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1774

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
268

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
206

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
235

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
195

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
230

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 01:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru