Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2019
11:14
Bakıda maraqla qarşılanan kitab köşkünü kim sökdü? - Açıqlama

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda quraşdırılan kitab köşkünün sökülməsinə aydınlıq gətirib.

Bir neçə gün öncə şəhərin mərkəzində kitab oxumaq üçün “Kitab dayanacağı” adlı köşk quraşdırılıb və içində müxtəlif kitablar yerləşdirilib. Köşk dünən axşam saatlarında sökülüb. 

Məlumata görə, həmin köşk SOCAR əməkdaşları tərəfindən quraşdırılıb və üzərində dövlət neft şirkətinin loqusu da olub. 

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qurum əməkdaşlarının da üzvü olduğu ictimai birlik bir müddət əvvəl belə təklif irəli sürübmüş: “Onlar SOCAR-a məxsus ərazilərdə kitab köşklərinin quraşdırılmasını təklif etmişdilər. Həmin vaxt bu təklif razılaşdırma mərhələsində idi. Lakin bu köşklərin quraşdırılmasını SOCAR maliyyələşdirmir. Həmin ictimai birlik həyata keçirəcəkdi. Sözügedən köşkün quraşdırılması və sökülməsindən isə məlumatım yoxdur”.

İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən verilən açıqlamaya görə, məqsədindən asılı olmayaraq istənilən halda şəhərin mərkəzində hər hansı köşk quraşdırılması üçün müvafiq qurumların icazəsi olmalıdır.

Məqalədə : köşk kitab 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
1491

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1672

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
257

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
190

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
225

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
220

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
226
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 23:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru