Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2019
10:19
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxın­lığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində, İran İslam Respublikasından Azərbaycan Respublikası isti­qa­mətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazi­sini tərk edərək İran İslam Respublikasına get­məsı, ba­rəsində cinayət işinin aparıl­ması və 2017-ci ildən etibarən Azərbaycanın hüquq-mühafizə orqanla­rı tərəfindən axtarışda olması müəyyən­ləş­diril­ob.

Bundan başqa, “Astara” dövlət sərhədindən buraxılış məntə­qə­sində İran İslam Respublikasından Azər­bay­cana gələn İİR və­tən­daşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçiri­lərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürül­müşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəy­yən­ləş­di­ril­məsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əmək­daşlarının birgə keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan AR vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Eyni zamanda Xaçmaz rayonu Yalama kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azər­­baycan isti­qa­mətində dövlət sərhədini pozmuş Bakı şəhər sa­ki­ni 1993-cü il təvəl­lüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araş­dır­ma zamanı sərhəd pozu­cu­sunun ba­rəsində cinayət işinin aparıl­ması və 2012-ci il­dən etibarən Azərbaycanın hüquq-mühafizə orqanla­rı tərəfindən ax­tarışda olması müəyyən­ləş­diril­ib.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə : Azərbaycan axtarış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
1546

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1711

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
262

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
200

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
230

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
225

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
226
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 23:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru