Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2019
19:10
Azərbaycana yeni ikimərtəbəli qatar gətiriləcək - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin Belarusda səfərdə olan nümayəndə heyəti İsveçrənin "Stadler Rail Group" Şirkətinin “Stadler Minsk“ zavodunda olub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, cəmiyyətin sədri Cavid Qurbanov şirkətin rəsmi nümayəndəsi Sergey Karpoviçlə görüşüb.

Sonra müəssisədə "Azərbaycan Dəmir yolları" QSC-nin sifarişi ilə yığılan ikimərtəbəli elektrik qatarları və yataq tipli vaqonlara baxış olub. Layihə rəhbəri Martin Halmo qatarların texniki göstəriciləri və üstünlükləri barədə məlumat verib. Geniş və işıqlı salon, rahat oturacaqlar və müasir məlumatlandırma mərkəzi sistemi sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin edir. Giriş meydançalarının genişliyi sərnişinlərin vaqonlara giriş-çıxışını sürətləndirərək, asanlaşdırır. Qatarlar Azərbaycanın iqlim şərtləri nəzərə alınaraq xüsusi işlənmiş kondisioner sistemi ilə təchiz edilib. Bütün sərnişin salonlarında WiFi şəbəkəsinə giriş təmin olunub. Səfər zamanı nümayəndə heyətinə "Stadler Minsk" şirkətinin istehsal gücü barədə də ətraflı məlumat çatdırılıb. Bildirilib ki, Stadler konserninin hissəsi kimi 2014-cü ildən istehsala başlayan zavod şəhər daxili, şəhər və regionlararası qatarlar, metro qatarları və tramvaylar, digər zəruri texniki avadanlıqlar buraxır. Sənaye müəssisəsi MDB məkanında mövcud geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. Zavodun maksimal istehsal gücü ildə 150 aliminium vaqon və 100 polad seksiyalardir. 919 sərnişin tutumuna malik qatarların istismar sürəti saatda 160 km-dir.

"Stadler Minsk" zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7526

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6339

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7921

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7834

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11307

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7577
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 12:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru