Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2019
10:09
550
Ərbəin ziyarəti möminlik nişanəsidir

Namaz Allahın, Həcc Allah evinin ziyarətidir. İmam Hüseynin (ə) ziyarəti isə Allahın xəlifələri ilə görüşdür. Namazın bir təsiri insanı çirkin işlərdən uzaqlaşdırmasıdır. Həccin bir faydası şirkdən uzaqlaşmaqdır. İmam Hüseynin (ə) ziyarətinin də öz səmərələri var.

Həzrətin ən üstün ziyarətlərindən biri Ərbəin ziyarətidir. Məsumlar bu ziyarətin əhəmiyyətli olduğunu vurğulayıblar. Ərbəin ziyarəti, Ərbəin ziyarətnaməsinin dəyərli məzmunu ilə tanış olmaq zəruridir.

Ərbəin ziyarəti möminlik nişanəsidir. Səfvan Cəmmal İmam Sadiqdən (ə) nəql edir ki, İmam Hüseynin (ə) ən mühüm ziyarətlərindən biri Ərbəin ziyarətidir. Bu ziyarətin fəzilətli olmasını göstərmək üçün onun möminlik nişanəsi sayılmasını yada salmaq bəs edər. İmam Həsən Əsgəri (ə) möminin əlamətlərini sadalayarkən Ərbəin ziyarətinin adını çəkir.

Rəvayətlərdə sadalanan xüsusiyyətlər bütünlüklə möminlərə aiddir. 51 rəkət namaz peyğəmbərin buyuruğu əsasında möminlərin xüsusiyyətlərindəndir. Yalnız möminlər torpağa səcdə edir. Bəziləri "Bismillahir-Rəhmanir-Rəhim" cümləsini ya demir, ya da astadan deyir. Sağ ələ üzük taxmaq, Ərbəin ziyarətnaməsi oxumaq da möminlərin əlamətlərindəndir.

Ərbəin ziyarətinin dəyəri onun təkcə möminlik nişanəsi olması deyil. İmam Həsən Əsgəri (ə) bu ziyarətin vacib və müstəhəb namazla eyni sırada dayandığını buyurur. Namaz dinin sütunu olduğu kimi Ərbəin ziyarəti, o cümlədən Kərbəla hadisəsi vilayətin sütunudur. Həzrət peyğəmbər buyurur ki, dinin sütunu var və bu namazdır. İmam Həsən (ə) əsgəri buyurur ki, Əhli-beytin (ə) də sütunu Ərbəin ziyarətidir. Maraqlıdır ki, namaz və Ərbəin ziyarəti insanın imanını necə kamilləşdirir.

Namazın təsirləri barədə rəvayətlər çoxdur. Bildirilir ki, insan fitrətən təkallahçıdır. Amma acı hadisələr qarşısında onun xarakterində dəyişikliklər baş verir. İnsan namaz qılmaqla bu dəyişikliklərdən qurtulur. Ərbəin ziyarəti də insanın fitrətdən çıxmasına mane olur. Kamil və məsum insanların ziyarəti bərəkətli olur. Bu ziyarətlər dini anlamaqda, dini ayinlərin icrasında, dinin müdafiəsində təsirlidir. Ziyarətnamələrdə bu təsirlərdən danışılır. Ziyarətə gedən insan ziyarətnamədə Allahın birliyinə şəhadət verir, dini vəzifələrin icrasında Allahdan kömək istəyir.

Ayə və rəvayətlərdə qırx rəqəminə diqqət yetirilir. Quranda buyurulur ki, Həzrət Musanın (ə) miqatı 40 gün uzandı. Bəni-İsrail öz naşükürlüyünə görə cəzalandırılaraq 40 gün səhrada qaldı. Rəvayətlərdə bildirilir ki, Adəmin yaradılışı 40 gün çəkdi. Ruh üfürülənə qədər onun cismi qırx gün saxlanıldı. Şiə və sünnülər Həzrət Peyğəmbərin 40 hədisin hifzi ilə bağlı rəvayətini mötəbər sayırlar. Bir şəxs 40 faydalı hədis öyrənsə və xalqa öyrətsə, qiyamət günü fəqih kimi səhnəyə gətirilər. Həzrət Peyğəmbər buyurur: “Əgər 40 gün ixlaslı olsanız, Allah hikmət çeşməsini qəlbinizdən dilinizə cari edər." 40 rəqəmi ilə bağlı başqa maraqlı nöqtə budur ki, əksər peyğəmbərlər 40 yaşında bu məqama çatıb. Gecə namazında 40 möminə dua etmək tapşırılır. Möminə 40 evə qədər qonşuları yoluxmaq, hal-əhval tutmaq tövsiyə olunur. Aydın olur ki, 40 rəqəminin İslamda müəyyən mənası var.

Rəvayətdə nəql olunur ki, peyğəmbər, övliya, saleh bəndələrin vəfatı zamanı torpaq qırx gün ağlayar. İmam Hüseynin (ə) şəhadətinə yer və göyün qırx gün qan ağladığı nəql olunur. Belə rəvayətlərdə göz yaşının qan kimi qeyd olunması üzərində dayanmamalıyıq, onu zahiri baxımdan mənalandırmamalı, eyni zamanda inkar etməliyik.

Dünyadan köçənlərin xatirəsini əzizləmək ənənəsi bütün xalqlarda və dinlərdə var. Kimi bir ay, kimi qırx gün dünyadan gedən əzizi üçün əza saxlayır. Müsəlmanlar, xüsusilə şiələr 40 mərasimi keçirmək ənənəsinə malikdirlər. Şiələr məsum imamların şəhadətindən sonra onlara ərbəin saxlayıblar. Amma İmam Hüseynin (ə) Ərbəini qiyamətə qədər davam edəcək bir mərasimdir. Rəvayətdə nəql olunur ki, şiə möminin 5 xüsusiyyəti var: 51 rükət namaz, İmam Hüseynin (ə) Ərbəin ziyarəti, sağ əldə üzük, torpağa səcdə, "Bismillah"ı ucadan demək. 51 rükət namaz dedikdə 17 rükət vacib namaz və vacib namazlardakı nöqsanı aradan qaldıran nafilə namazı nəzərdə tutulur. Ərbəin ziyarətnaməsində oxuyuruq ki, İmam Hüseynin (ə) qiyamında iki məqsəd olub. Biri xalqı cəhalətdən qurtarmaq, digəri azğınlığa son qoymaq. İmam Hüseynin (ə) məqsədləri peyğəmbərin məqsədlərindən fərqlənmir. Quran və Nəhcül-Bəlağəyə əsasən risalətin bir məqsədi insanlara elm öyrətmək, digəri nəfsin paklanması olub. Həzrət Əli (ə) buyurur ki, Allah peyğəmbərin əli ilə xalqı cəhalətdən və azğınlıqdan qurtardı. İlahi rəhbərlər cəmiyyətə sağlam düşüncə və mənəviyyat gətirirlər. Məsumlar buyururlar ki, insanların ən çox bağışlayanı peyğəmbər olub. Peyğəmbər mənəvi süfrə açıb, bəşəriyyəti bu süfrəyə çağırıb. İmam Hüseyn (ə) də eynən peyğəmbər kimi hərəkət edib. Seyidüşşühəda (ə) öndə gedib və xalqı arxasınca çağırıb. İmam 8 zil-hiccə günü Kəbə zəvvarları arasında buyurdu: “Bu gün bizim qurbangahımız Kərbəla torpağı, ehram libasımız kəfənimizdir. İslamın nicatı üçün canımızı verməliyik. Yalnız qurbanlığa hazır olanlar mənimlə gəlsin. Mənimlə gedənlərin vətəni liqaullahdır. Zahiri qələbə sorağında olanlar mənə qoşulmasın.”

Məqalədə : Ərbəin Məhərrəmlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
19

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
26

Xurmanın faydaları: Kimlərə olmaz?..

08

Noyabr
12:05
AİLƏ, SAĞLAMLIQ
227

Xarici valyutaların manata qarşı məzənnələri

08

Noyabr
09:37
İQTİSADİYYAT
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 14:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru