Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2019
11:09
“Azəriqaz”: Payız-qış mövsümünə hazırıq

“Azəriqaz” İstehsalat Birliyi (İB) bölgələrdə bu günədək qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində işləri uğurla davam etdirir.

Bu barədə FaktXəbər-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq, ilk növbədə kənd və qəsəbələrin, eyni zamanda Bakı şəhərində, paytaxt ətrafı ərazilərdə istismara yararsız vəziyyətdə olan bir sıra daşıyıcı qaz kəmərləri yenidən qurulub.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 1376,7 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 487,7 km qaz kəmərləri əsaslı təmir edilib. Bakı Regional Qaz İstismarı Departamenti, 8 Regional qaz istismarı İdarələri və Sumqayıt qaz istismarı Sahəsi üzrə daxili imkanlar hesabına 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 246,62 km uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir olunaraq yenisi ilə əvəz edilib.

Bu işlərlə paralel olaraq kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıq dəyişdirilib. Bu günə olan məlumata görə, regionlar üzrə 29 qəsəbə, kənd yaşayış məntəqələrinə və 10 yeni salınmış yaşayış massivinə təbii qazın verilməsi təmin edilib. Cari ilin 9 ayı ərzində 65 124 yeni əhali abonenti qeydiyyata alınıb. Beləliklə, respublika üzrə qazla təmin olunan ümumi istehlakçıların sayı 2 246 968-ə çatıb.

Məqalədə : Azəriqaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
150

Neft ucuzlaşıb

21

Noyabr
09:20
İQTİSADİYYAT
160

Bakıda ağır yol qəzası baş verib, ölənlər var

21

Noyabr
08:57
HÜQUQ,HADİSƏ
206

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub

21

Noyabr
08:47
HÜQUQ,HADİSƏ
200

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
212

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
212

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
437

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
180

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
200

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
300

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
517
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 10:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru