Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2019
12:45
Heyvanlar üçün yollarda keçidlər niyə yoxdur?

Son zamanlar Bakı şəhəri və ətraf qəsəbələrdə, o cümlədən əyalətlərdə yol çəkilişlərinə külli miqdarda maliyyə vəsaitləri ayrılır. Yol çəkilişlərinin əsas hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə düşür. Bu sahədə aparılan işlərin ilkin və son nəticəsi daim sosial mediada və rəsmi dövlət orqanlarının saytlarında yerləşdirilir.

Hamımıza məlumdur ki, yol çəkilişlərinin tamamlanmasından sonra həyata keçirilən işlərdən biri də nişanlanma prosesidir. Bəzən bu nişanlanma prosesi ya uzun müddət həyata keçirilmir, ya da düzgün qaydada icra olunmur.

Qeyd etmək yerinə düşərdi ki, əksər ölkələrdə nişanlanma işləri xüsusilə piyada zolaqlarının çəkilməsi müşahidələr əsasında həyata keçirilir. Yəni bu işlə məşğul olan dövlət oqanı və ya özəl şirkət əvvəlcə həmin ərazidə insanların daha çox yolun hansı hissəsindən keçdiyini müəyyənləşdirir və piyada zolağını məhz həmin yerdə salır. Amma bizdə əksinədir. Nişan idarəsi piyada keçidlərini harada gəldi çəkirlər, hansı ki, həmin ərazilərdən piyadalar keçmir. Piyadaların daha çox keçdikləri ərazilərdə isə piyada zolaqların olmaması insan tələfatı ilə nəticələnən böyük qəzalara gətirib çıxarır.

Yollarımızda baş verən qəzalarda digər canlıları da unutmaq olmaz. Son zamanlar demək olar ki, bütün ölkə boyu küçə və prospektlərdə müxtəlif heyvanların avtomobillər tərəfindən vurularaq öldürülməsinə rast gəlirik. Bəzən isə bu canlıların vurulmaması üçün sürücülərin etdikləri qəfil manevrlər insan tələfatına səbəb olur. Və ya yola çıxan iribuynuzlu heyvanarın avtomobillərlə toqquşması da həm həmin canlının, həm də sərnişinlərin ölümünə və ya xəsarətinə səbəb olur. Heyvanların avtomobil yollarında vurulmasına ən böyük səbəblərdən biri qarşı tərəfə keçmək üçün onlara müvafiq yeraltı keçidlərin qoyulmamasıdır. Məhz bunun nəticəsidir ki, həmin heyvanlar yolun istənilən yerindən qarşı tərəfə keməyə cəhd göstərir, əksərən də avtomobil tərəfindən vurulur.

Sözügedən problemlə əlaqədar “Azəravtoyol”un mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. O bildirdi ki, dünya praktikasında şəhər daxilində belə keçidlərin olmasını göstərən fakt yoxdur.

Məqalədə : piyada keçidi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
150

Neft ucuzlaşıb

21

Noyabr
09:20
İQTİSADİYYAT
160

Bakıda ağır yol qəzası baş verib, ölənlər var

21

Noyabr
08:57
HÜQUQ,HADİSƏ
206

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub

21

Noyabr
08:47
HÜQUQ,HADİSƏ
200

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
212

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
212

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
437

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
180

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
200

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
300

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
517
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 10:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru