Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2019
11:47
Fərhad Bədəlbəyli televiziya kanallarını tənqid edib

“O qədər festivallar keçiririk, vəsait ayrılır, Qarabağ məsələsinin təbliğatı üçün niyə maliyyə vəsaiti ayrılmır? Deputatlardan xahiş edirəm ki, Maliyyə Nazirliyinə təkliflər versinlər. Vəsait olmazsa, kimsə nəsə edə bilməz”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli deyib.

F.Bədəlbəyli televiziya kanallarını tənqid edib:

“Məni telekanalların veriliş siyasəti çox narahat edir. Gündəlik yalnız əyləncə, boş-boş söhbətlər... Məsələn, orta ümumtəhsil məktəblərində hər gün ilk dərs zamanı Qarabağdan danışıla bilər. Bir az ciddi olmaq lazımdır, bu, bizə çox lazımdır. Elə bil, kimsə deyir ki, kef çəkin, əyləncə mərkəzlərinə gedin, Qarabağ nəyinizə lazımdır... Vəziyyət çox acınacaqlı və faciəvidir”.(Report)

Məqalədə : Fərhad Bədəlbəyli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
522

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
172

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
390
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 19:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru