Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2019
11:08
BMT: Ekvador hökuməti ilə etirazçılar arasında danışıqlar təxirə salınıb

Ekvador hakimiyyəti ilə etiraz hərəkatının nümayəndələri arasında əvvəlcədən elan edilmiş danışıqlar təxirə salınacaq.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ekvador nümayəndəliyinin əməkdaşı jurnalistlərə bildirib.

"Danışıqlar prosesi... iştirakçıların təhlükəsizliyini və məhsuldar bir dialoq üçün texniki vasitələrin təmin edilməməsi səbəbindən təxirə salınır" deyə o deyib.

Ekvador Prezidenti Lenin Moreno oktyabrın 3-dən etibarən dizel yanacağı və benzinə subsidiyaların ləğv olunması barədə fərman imzalayıb. Bundan sonra yanacağın qiyməti 120 faizdən çox bahalaşıb. Həmkarlar ittifaqlarının nümayəndələri qərara qarşı çıxdıqlarını və etiraz aksiyalarına başlayacaqlarını bildiriblər.

Oktyabrın 3-də nəqliyyat işçiləri bütün ölkə ərazisində müddətsiz tətil elan edib. Bundan başqa, etirazçılar iri avtomobil yollarını bağlayıb. Bəzi şəhərlərdə nümayişlər iğtişaşlarla müşayiət olunub. Ekvador Prezidenti yaranmış vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Ekvadorda hökumətin iqtisadi tədbirlərinin səbəb olduğu etirazların gedişində saxlanılanların sayı 477 nəfərə çatıb. Saxlanılan şəxslərin hamısı vandalizm aktlarının törədilməsində, o cümlədən təcili tibbi yardım və polis maşınlarına hücumlarda şübhəli bilinirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
150

Neft ucuzlaşıb

21

Noyabr
09:20
İQTİSADİYYAT
160

Bakıda ağır yol qəzası baş verib, ölənlər var

21

Noyabr
08:57
HÜQUQ,HADİSƏ
211

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub

21

Noyabr
08:47
HÜQUQ,HADİSƏ
205

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
212

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
212

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
437

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
180

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
200

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
300

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
517
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 10:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru