Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2019
09:07
Akademik Vasim Məmmədəliyev vəfat edib

Tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi Vasim Məmmədəliyev uzun sürən xəstəlikdən sonra 77 yaşında vəfat edib.

FaktXeber.com-un verdiyi məlumata görə, V.Məmmədəliyevin vida mərasimi onun uzun illər çalışdığı Bakı Dövlət Universitetində baş tutacaq.

Qeyd edək ki, Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.

V.Məmmədəliyev "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib.

Məqalədə : Vasim Məmmədəliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
543

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
172

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
390
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 19:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru