Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2019
16:24
Məmurla vətəndaşın daha bir əlaqəsi kəsildi

Sənaye balıq ovu kvotalarının alınması bu ildən etibarən "Asan xidmət" mərkəzlərinə keçib. Artıq bu yolla məmurla vətəndaşın birbaşa ünsiyyəti yoxdur.

Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bu da öz növbəsində şəffaflığa və çevik yolla kvotaların əldə olunmasına təminat yaradır: "Həvəskar balıq ovçuları üçün çoxlu sayda imkanlar yaradılıb, onlara müxtəlif hövzələrdə yerlər ayrılıb, eyni zamanda milli park ərazilərində şərait yaradılıb. Elə bu yaxınlarda Abşeron milli parkında çox gözəl tədbir keçdi. Bu məsələlər ardıcıl olaraq davam etdirilir və etdiriləcək".

Nazirlik rəsmisi qeyd edib ki, son dövlər sosial şəbəkələrdə balıq ovu sahəsində özbaşınalıqlar, yəni bu sahədə problemlərin olması, aidiyyəti qurumlar tərəfindən qarşısının alınmaması ilə bağlı ciddi ittihamlar səslənir:

"Bəli bu sahədə ciddi problemlər var. Əlbəttə ki, brakonyerlik bütün dövrlərdə olan və bu gün də, hətta ən inkişaf etmiş ölkələrdə belə qeydə alınan haldır. Bu gün dünyada qeyri-qanuni dəniz məhsullarının dövriyyəsi 25 milyard dollara qədər qiymətləndirilir və ümumi tutulan balıq məhsullarının təxminən 2/5-i (qeyri-rəsmi daha da çox) brakonyerliyin payına düşür.

Bu gün bilavasitə bu sahəyə cavabdeh Su Nəqliyyatında Polis İdarəsi tərəfindən çoxlu sayda işlər aparılır. ETSN də öz səlahiyyətləri daxilində onlarla birgə istər monitorinqlərin, təbliğat işlərinin aparılması, istərsə də tövsiyələrin verilməsi ilə bağlı xeyli işlər görür. Lakin paralel olaraq təbii ki, müxtəlif su hövzələrində olan bu cür qanunsuzluqların eyni vaxtda, qısa müddətdə qarşısının alınması mümkün deyil. Məsələni qaldıran şəxslər özləri bu sahəyə kömək etməlidir. Sadəcə olaraq mücərrəd məlumatların verilməsi, mücərrəd ittihamların səslənməsi düz deyil, konkret, ünvanlı məlumat olmalıdır. Çox təəssüf ki, bugünkü ittihamların əksəriyyəti mücərrəd səslənir, bu sahədə insanlar aidiyyəti oldu-olmadı yalnız dövlət qurumlarını ittiham eləməyə çalışır və birbaşa özlərinin üzərinə düşən vəzifəni görmürlər. Bir daha bildiririk ki, bu məsələlər əksər hallarda cinayət əməlidir, bununla mübarizə hüquq-mühafizə orqanları tərəfindən aparılır, ETSN bu sahədə ardıcıl olaraq təbliğat, monitorinq, təhlil işləri aparır, tövsiyələr verir və verəcək"./Trend

Məqalədə : balıq ovu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
900

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
265

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
570
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2019 01:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru