Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2019
14:56
Hesabat təqdim etməyən partiyaların qeydiyyatı niyə ləğv edilmir?

Mərkəzi Seçki Komissiyası (MSK) illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların qeydiyyatının ləğv edilməməsinin səbəbini açıqlayıb.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Ancaq bəzi partiyalar buna əməl etmirlər.

Bu məsələyə münasibət bildirən MSK sədri Məzahir Pənahov bildirib ki, illik maliyyə hesabatı verməyən siyasi partiyaların qeydiyyatının ləğv olunması məsələsi qaldırıla bilər.

Buna səlahiyyətlərinin də çatdığını deyən MSK sədrinin sözlərinə görə, beynəlxalq təşkilatlarla belə müzakirə aparıblar ki, bu kimi hallar siyasi partiyaların bağlanmasına səbəb olmasın. Çünki beynəlxalq aləmdə siyasi partiyanın fəaliyyətinin dayandırılması informasiyası neqativ qəbul olunur: "Onlara deyə bilməzsən ki, bu siyasi partiyaların nə rəhbəri, nə də ünvanı var. Onlar belə partiyanın olmasından xəbərsiz olsalar da, onun bağlanmasını normal qarşılamırlar. Düşünürlər ki, siyasi partiya necə ola bilər ki, fəaliyyətsiz olub və bağlanıb?! Hesabat verməyən siyasi partiyanın varlığı ilə yoxluğunun bizim üçün bir fərqi yoxdur. Amma Ədliyyə Nazirliyi qarşısında partiyanın qeydiyyatının ləğvi məsələsi qaldırılsa, hamı deyəcək ki, Azərbaycanda siyasi partiyanın qeydiyyatı ləğv edildi. Baxmırlar ki, Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməyən siyasi partiyalar 10-15 ildir ki, fəaliyyətsizdirlər".

Məqalədə : MSK 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
864

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
250

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
555
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2019 01:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru