Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2019
11:28
Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xətti istifadəyə veriləcək

“Azərbaycan Dəmir Yolları” QSC bu ilin sonuna qədər Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttini istifadəyə verməyi planlaşdırır.

Bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib.

“Bakı sərnişin stansiyasından başlayan, Biləcəri, Xırdalan, Sumqayıt, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov, Koroğlu, Keşlə, Nərimanov stansiyalarından keçməklə yenidən 28 mayda başa çatan yolun açılışını edəcəyik. Bu yolda bəzi çatışmazlıqlar var idi, mən ölkə prezidentinə müraciət etdim və onlar aradan qaldırıldı. Həmin dairəvi yolun uzunluğu 92 km-dir. İkitərəfli hesablasaq 180-185 km, əlavə yollarla birlikdə isə 205 km edir. Bu yolda qatarların hərəkətini daha sürətli etmək istəyirik. Yəni, sürət 120 km/saat deyil, 140 km/saat olsun. Odur ki, yolun üzərindəki bütün birsəviyyəli kəsişmələri konfliktsiz kəsişmələrə keçirmişik. Ümumilikdə 14 tunel tikmişik, yolların ətrafında çəpərlər çəkilir. Həmçinin 24 yerüstü keçid inşa etmişik. Hələ bir neçəsini də inşa etməli olacağıq. Bundan əlavə Sumqayıtdan Xırdalana tərəf çıxanda orada məcburi köçkünlərin yaşadığı yerlər var ki, orada da bir neçə tunelin və kanal üzərindən körpünün tikintisini də davam etdirəcəyik”, - deyə o, qeyd edib.(Report)

Məqalədə : dəmir yolu xətti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
864

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
250

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
555
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2019 01:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru