Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
21:35
1076
`Neftçi`yə pulla məşqçi düzəldən şəxsin məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama əsasən, İ.Bağırov özünü SOCAR və müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək, vətəndaşlardan işə düzəltmək adı ilə pul alaraq vədinə əməl etməyib. O, hətta zərərçəkənin birinə "Neftçi" idman klubuna məşqçi düzəldəcəyini vəd edib. 

İ.Bağırov özünü ittihamla təqsirli bilməyib.

O, ifadəsində bildirib ki, heç kimdən işə düzəltmək üçün pul almayıb.

Zərərçəkmiş Qaratel Əhmədova bildirib ki, İbrahimlə atasının il mərasimində tanış olub: "Bizə dedi ki, yaxşı işlərə adam düzəldirəm. Sonra dedi ki, sizə cadu ediblər. Bizə falçılıq edirdi. Biz də qorxduq. Ceyran dərisi almaq, cadu pozmaq adı ilə məndən pul və qızıl əşyaları aldı. Dedi ki, qızıllara əməl ediblər. Daha sonra qohumlarımla da münasibət yarandı. Qardaşıma və onun uşaqlarına da işə düzəldəcəyini demişdi. Hamısından da pul aldı. Deyirdi ki, bu gün, sabah işə çıxacaqsınız".

Proses oktyabrın 17-də davam edəcək. 

Qeyd edək ki, İbrahim Bağırov Qaratel Əhmədova və onun qohumlarına qarşı dələduzluq etməkdə ittiham olunur. 

İ.Bağırov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib./APA

Məqalədə : dələduz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
26

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
55

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
45

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
57

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
52
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 01:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru