Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
19:24
1085
Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 10-da Türkmənistana səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Qurbanqulu Berdiməhəmmədov bildirib ki, xalqlarımızın rifahı naminə tərəfdaşlığın səmərəliliyini artırmaq üçün yaxşı imkanımız olacaq: "Xəzəryanı ölkələrin Birinci İqtisadi Forumuna verdiyiniz dəstəyə və onun işində fəal iştirak etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz bilirsiniz ki, forum sərgi ilə də müşayiət olundu. Sizin ölkənizin demək olar ki, hamının diqqətini cəlb edən yaxşı stendi var idi. Siz bu forumun keçirilməsində də böyük rol oynamısınız. Ona görə, icazə verin bu həssas diqqətə və yaxşı iştiraka görə Sizə təşəkkürümü bildirim. Bu, bizim ortaq təşəbbüsümüz idi, ümumiyyətlə, ideya genişdir. Sizə açıq deməliyəm, orada iki ölkə fəal iştirak edib – Türkmənistan və Azərbaycan. Əsas diqqət məhz tranzit-nəqliyyat dəhlizləri məsələlərinə ayrılmışdı.

Azərbaycan prezidenti isə öz növbəsində bildirib ki, qardaş Türkmənistan torpağına gəlməyə həmişə şad olur: "Mənim keçənilki səfərimi, sizinlə görüşümü və imzaladığımız sənədləri xatırlayıram. Düşünürəm ki, o vaxt biz rekord göstərdik, 20-dən çox sənəd imzaladıq. Bu, iki qonşu ölkə arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir. Əlbəttə, MDB dövlət başçılarının sabahkı Zirvə Görüşü çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edir." 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
26

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
54

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
44

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
56

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
51
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 00:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru