Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
14:39
1081
Gənc qızın ölümü ilə bağlı təfərrüat
Çantası bir yerdən, özü başqa yerdən tapılıb

Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızının yaxınları onun ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürürlər.

Xüsusilə A.Quliyevanın bacısı Gülnar bildirib ki, qızı ölənə qədər döyüblər.

Ancaq hüquq-mühafizə orqanlarındakı mənbədən verilən məlumata görə, A.Quliyevanın ölümü avtomobil vurma zamanı yaranan zədələrdən sonra olub.

Qeyd edək ki, qız oktyabrın 7-də Beyləqan-Kəbirli yolundan huşsuz vəziyyətdə tapılıb. Onda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nahiyəsinin küt travması, alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Oktyabrın 9-da A.Quliyeva vəfat edib.

Bundan əvvəl faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.

Bununla yanaşı, hadisənin yeni təfərrüatı məlum olub. İstintaq çərçivəsində məlum olub ki, A.Quliyevanı huşsuz vəziyyətdə tapıldığı yerdən 7-8 kilometr aralıda Beyləqan-Daşburun yolunda avtomobil vurub.

Qeyd edilib ki, qızı iritutumlu avtomobil vurub, ehtimallara görə, bu, “QAZel” markalı maşın olub. İstintaqın bu qənaətə gəlməsinə səbəb qızın çənə nahiyəsindəki zədə olub. Daha sonra sürücü A.Quliyevanı maşına qoyaraq, Beyləqan-Kəbirli yoluna gətirib və kolluq əraziyə atıb.

Hadisədən bir neçə saat sonra Beyləqan-Daşburun yolundan keçən hərbçi qadın çantası aşkarlayıb. Çantada şəxsiyyət vəsiqəsi və sındırılmış mobil telefon olub. Kişi çantanı polisə təhvil verib. Əvvəlcə hüquq-mühafizə orqanları düşünüblər ki, çanta itirilib, ancaq sonradan zərərçəkmiş şəxs aşkarlandıqdan sonra hər şey məlum olub.

Faktla bağlı hələlik saxlanılan yoxdur. Qızı vuran avtomobil də müəyyən edilməyib. Ehtimal olunur ki, A.Quliyeva naməlum şəxslə görüşə gedirmiş.

Ölmüş şəxsin bacısı deyib ki, A.Quliyeva həmin gecə evi tərk edərkən bir neçə şəxslə görüşməli olduğunu deyib.

Faktla bağlı araşdırmalar davam edir.(Oxu.az)

Məqalədə : Gənc qız ölüm təfərrüat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
74

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
215

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
230

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
51

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
36

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
62

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
38
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 18:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru