Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
12:06
951
Azərbaycan “Keşikçidağ”ı gürcü zəvvarlar üçün açır

“Oktyabrın 11-dən etibarən “Keşikçidağ” (“David Qareci”) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq”. Bu barədə Bakı səfərindən qayıdan Gürcüstan Baş Naziri Georgi Qaxariya hökumətin iclasında bildirib.

Baş Nazir postunda ilk səfərini Azərbaycana edən Qaxariya Prezident İlham Əliyevlə danışıqlarından bəhs edib:

“Mövcud problemlər barədə tamamilə açıq söhbətimiz oldu və nəticədə deyə bilərəm ki, sabahdan etibarən kompleksin ərazisində yerləşən kilsələr gürcü zəvvarlar üçün açılacaq.

Müvafiq olaraq bu istiqamətdə addım-addım, ciddi irəliləməliyik. Gürcüstan və Azərbaycan hər iki ölkənin maraqları nəzərə alınmaqla razılaşdırılmamış sərhəd bölgələri məsələsini həll etməlidir. Dəfələrlə qeyd etmişik ki, bu problem hər iki ölkənin tarixi irs və kilsə ilə bağlı milli maraqları nəzərə alınmaqla həll olunmalıdır”.

O, ölkə vətəndaşlarını həm istənilən hərəkətinə, həm də sözlərinə böyük məsuliyyətlə yanaşmağa, ehtiyatlı olmağa çağırıb.

Xatırladaq ki, Azərbaycan ərazisində yerləşən “Keşikçidağ” məbədinə gediş-gəliş bu ilin iyul ayında bir qrup Gürcüstan vətəndaşının törətdiyi təxribatdan sonra dayandırılmışdı.Hazırda iki ölkə ekspertləri Gürcüstanla Azərbaycan arasında dövlət sərhədinin mübahisəli hesab edilən sahələri üzrə araşdırmaları davam etdirir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
74

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
220

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
231

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
51

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
36

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
62

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
38
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 18:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru