Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
10:54
İsrailin Azərbaycandakı səfiri məhkəməyə verilib

İsrailin Azərbaycandakı səfirliyi məhkəməyə verilib. Məhkəmədə iddia qaldıran isə səfirliyin keçmiş işçisi Qəzənfər Atayevdir.

FaktXəbər-in "Bizim Yol"a istinadən məlumatına görə, səfirliyin sürücüsü olmuş Qəzənfər Atayev işdən çıxarılandan sonra məhkəməyə üz tutub. O, işdən çıxarılması barədə əmrin qanunsuz hesab edilib ləğv olunaraq işə bərpa edilməsini, əmrə görə səfirin məsuliyyətə cəlb olunmasını, işsiz qaldığı müddətə görə isə əməkhaqqısının hesablanıb ödənilməsini tələb edib.

Yasamal rayon Məhkəməsi iddianı yolverilməz hesab edib, iddiaya baxmaqdan imtina edilib. Bu qərardan verilən apellyasiya şikayəti təmin edilib – iddianın mümkünsüz sayılması barədə qərardad ləğv edilib. Qərar verilib ki, Yasamal rayon Məhkəməsi bu iddiaya baxmalıdır. Yasamal rayon Məhkəməsi ikinci dəfə iddiaya baxıb, bu işə xitam verib. Qəzənfər Atayevə də izah olunub ki, səfirliyin və səfirin toxunulmazlıq immuniteti var. Diplomatik missiyanın üzvləri, o cümlədən səfir mülki məhkəmə məsuliyyətindən azaddır. Ona görə də səfirə qarşı mülki qaydada qaldırılmış işə məhkəmə baxa bilməz.

Qəzənfər Atayev iddiasına baxılmasını istəyirsə, bunun üçün ilk növbədə səfirliyin immunitetinin ləğvi üçün İsrailə müraciət etməlidir.

Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

Məqalədə : İsrail səfiri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
410

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
342

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
534

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
396

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
345
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 20:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru