Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
17:45
763
Tehranda Azərbaycanla İran arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələr daim inkişaf edir, eyni zamanda əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi diqqətdə saxlanılır.

FaktXeber.com-un verdiyi məlumatına görə, bu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tehranda İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşündə vurğulanıb. Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin və qarşılıqlı rəsmi səfərlərinin Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etməsinə səbəb olduğu vurğulanıb. Azərbaycan və İran prezidentləri arasında son 5 ildə 12 görüş keçirildiyi, demək olar ki, hər il qarşılıqlı səfərlər etdikləri bildirilib. Ölkələrimizin ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığının inkişafından bəhs olunub. Bu sahədə müsbət göstəricilərdən biri olaraq, 2018-ci ildə iki ölkə arasında ticarət döviyyəsinin 74 faiz artdığı qeyd edilib.

Eyni zamanda, investisiya əməkdaşlığının genişləndiyi, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın əlaqələrin inkişafında uğurlu fəaliyyəti vurğulanıb. Komissiyanın aidiyyəti istiqamətlərdə iki ölkənin qarşılıqlı faydalı əlaqələrinin genişlənməsi üçün apardığı mühüm işlər qeyd edilib, çoxsaylı əməkdaşlıq sənədlərinin imzalandığı vurğulanıb.

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nailiyyətləri, sosial sahədə aparılan geniş miqyaslı islahatlar diqqətə çatdırılıb. Sosial islahatlar prosesində ayrı-ayrı ölkələrlə, həmçinin İranla fəal təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsinə önəmli töhfələr verəcəyi vurğulanıb.

Görüşdə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə, habelə əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Məqalədə : Azərbaycan İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
91

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
229

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
232

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
54

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
37

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
62

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
39
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 19:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru