Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
14:41
Məzahir Pənahovun qardaşına vəzifə verildi

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

Universitetdən verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib. Ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.

BDU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova isə universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Şahin Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
225

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
229

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
405
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 18:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru