Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
12:32
997
Müsavatı növbəti istefa dalğası gözləyir - SƏBƏB - FOTO-VİDEO

"Onun uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!"

Bu sözlərin müəllifi Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərdir. O, partiyanın hazırkı sədri Arif Hacılı barəsində facebbok səhifəsində bu cür yazıb.

İsa Qəmbər daha sonra qeyd edir ki, 2014-cü ilin sentyabrında- Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı öz mövqeyimi açıqlamayıb və bunun da 2 səbəbi olub. 

Səbəblərdən biri kimi İsa bəy göstərib ki, əgər o fikrini açıqlasaymış, dəstəklədiyi aday asanlıqla qalib gələ bilərmiş və nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq varis müəyyənləşdirmiş olarmış. O isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırmış və varis müəyyənləşdirmək istəmirmiş. Həm də istəyirmiş ki, ondan sonrakı başqanı və nəticədə partiyanın növbəti mərhələdə siyasi kursunu müsavatçılar onun təsirim olmadan müəyyənləşdirsinlər.

İsa bəy ikinci səbəb kimi namizədlərdən bəzilərinin ondan mövqe bildirməyi xahiş və təkid etməsidir.

İsa Qəmbər daha sonra qeyd edib ki, partiyanın 9-cu qurultayında Arif Hacılının namizədliyini dəstəkləyəcək və onu başqan kimi görmək istəyir: "Arif Hacılı təkcə başqanlığa deyil, prezident vəzifəsinə də layiq dövlət adamıdır. Və bunu bilən təkcə mən deyiləm, bir çox başqaları da bunu bilir. Məhz buna görə də hakimiyyətdən də, müxalifətdən də, digər iddialı şəxslərdən də bir çoxları, xalqımızın düşmənlərinin isə tam əksəriyyəti Arif bəyi və Müsavat Partiyasını hədəf alır."

İsa Qəmbərin Arif Hacılı və Müsavat Partiyası barəsində yazdıqlarına baxdıqda düşünmək olar ki, 8-ci qurultay zamanı və ondan sonra partiyanın durumundan məlumatlı deyil. Amma mümkün deyil ki, İsa Qəmbər partiyanın 8-ci qurultayındakı səsvermə zamanı baş verənlərdən və etirazlardan xəbərsiz olsun.

Hər zaman adları Müsavat Partiyası ilə birgə çəkilən Qubad İbadoğlunun, Vurğun Əyyubun, Tofiq Hüseynin, Tural Abbaslının, Əhliman Abbaslının, Hamlet Səfixanlının, Hüseyn Məlikin, Ellada Məmmədlinin, Səxavət Əlisoyun, Nizaməddin Quliyevin və adlarını indi burada xatırlaya bilmədiyimiz onlarla tanınmış şəxsin partiyadan uzaqlaşmasına və uzaqlaşdırılmasına səbəblərin ən başlıcasının Arif Hacılı olduğunu İsa Qəmbər nədən bilmir və ya özünü bilməmiş kimi göstərir?

Əksər müsavatçının IX Qurultayda nələrinsə dəyişəcəyini gözləməsi sirr deyil. Amma İsa bəyin bu açıqlaması özünü ana müxalifət partiyası hesab edən Müsavatın sonu deməkdir. Hərçənd onda ana müxalifətlik bir şey qalmayıb. Onu ana müxalifət edənlərin bu gün əksəriyyəti partiyadan kənardadır, səbəb isə öncə də qeyd etdiyimiz kimi birdir - Arif Hacılı. Bu gün partiyada qalan 3-5 tanınımış ziyalı və ictimai xadimin də adının növbəti istefa dalğasında olacağı şübhəsizdir.

Qeyd edək ki, Müsvat Partiyasının başqanlığı üçün namizədlər Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Bu arada isə Yadigar Sadıqlı İsa Qəmbərin açıqlamasına öz münasibətini bildirib. O, təəssüflənidiyini gizlətməyib: "Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür. Bununla belə, mən sona qədər namizədliyimdə qalacam, mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmasa "bacardığımı etdim" deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm, "bəlkə..." sualı qarşısında əzab çəkmək istəmirəm. 

P.S.: Bu arada Müsavat Partiyasının rəsmi saytı olan musavat.org.az-a daxil olaraq partiya başqanı, müavinləri, strukturu, ümumiyyətlə platforması barədə məlumat almaq istədim. Nəticə aşağıdakı videoda var.  

P.P.S.: Müsavatın başqan namizədlərin facebook profillərinə göz gəzdirdim. Maraqlı nəticələr var. Hazırkı başqan Arif Hacılının facebbok profilini 7920 nəfər təqib edir. Bu rəqəm Tofiq Yaqublu və Yadigar Sadıqlı da müvafiq olaraq 8259 və 2889 nəfərdir. Daha da maraqlı olan isə eyni gündə eyni məsələyə hər 3 namizədin həsr etdiyi statusdur. Partiyanın IX Qurultayına yer verilməsi və sonradan imtinası barədə oktyabrın 7-də yazılmış statusa Arif Hacılının səhifəsində 289 nəfər, Tofiq Yaqublunun səhifəsində 572 nəfər, Yadigar Sadıqlının səhifəsində isə 498 nəfər bəyənib.  

Aqil Mehdi

Məqalədə : Müsavat Partiyası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
102

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
231

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
233

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
55

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
37

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
62

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
40
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 19:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru