Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2019
10:43
Qaxda baş verən partlayışla bağlı cinayət işi başlanıb

Qaxda 6 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanılıb. 

Həmin faktla bağlı Qax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanıb. 

Hadisədə yaralananlar - 31 yaşlı Nuroşvili David və 49 yaşlı Zeynalaşvili Cemalinin vəziyyəti ağır olduğu üçün onlar bu gün səhər saatlarında Bakıdakı xəstəxanalardan birinə aparılıblar.

26 yaşlı Sardion Daroşvilinin müalicəsi isə Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, oktyabrın 8-i səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri müəssisənin arxa hissəsində təmizlik işləri apararkən anidən partlayış baş verib. Partlayış nəticəsində müəssisənin 6 işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 39 yaşlı Nuruşvili Tamazi, 18 yaşlı Papiaşvili Beka və 64 yaşlı Beraşvili Raponun xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.(APA)

Məqalədə : Qax 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
701

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
547

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
812

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
599

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
601
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 08:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru