Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2019
21:38
681
Tələbələrə şad xəbər:“Təqaüdlər sabah veriləcək”

Artıq oktyabrın 8-i olsa da bir çox universitetlərdə, nəinki, sentyabr, heç, iyun-iyul ayının təqaüdləri köçürülməyib. FaktXeber.com-a verilən məlumata görə, AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq bir neçə ali məktəblə əlaqə saxlayıb:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru  Bəhruz Nəzərov, təqaüdlərin hər ayın sonu tələbələrin hesablarına köçürüldüyünü deyir:

“Bizim universitetdə ardıcıl olaraq, hər ayın sonu ödənilir. Sentyabr ayının təqaüdləri də  həftənin sonuna kimi tələbələrin kartlarına köçürüləcək”.

Azərbaycan Tibb Universitetinin mətbuat katibi  Günel Aslanova həftənin 5-ci gün təqaüdlərin köçürüləcəyini bildirdi:

“Təqaüdlərin gecikməsinə səbəb Maliyyə Nazirliyi tərəfindən universitetlərin hesabına vəsaitin gec köçürülməsidir. Bu gün səhər lazımı məbləğ universitetin hesabına oturub. Artıq həftənin beşinci gün təqaüdlər tələbələrin hesablarını köçürüləcək”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri  Nəcibə Mirzəyeva bu həftə ərzində tələbə təqaüdlərinin köçürüləcəyini bildirdi:

“Əksər ali məktəblərdə təqaüdlər gecikdirilib. Maliyyə Nazirliyi tərəfindən  universitetlərin hesablarına pul təzə köçürülüb.  Bu həftə ərzində tələbələr həm yay, həm də sentyabr ayının təqaüdlərini ala biləcəklər”.

Azərbaycan Dillər Universitetinin ictimaiyyətlər əlaqələr şöbəsinin rəhbəri Ağa Cəfərli təqaüdlərin sabah köçürüləcəyini deyir:

“Təqaüdlər sabah veriləcək. Sabahdan tələbələr təqaüdlərini ala bilərlər”.

Azərbaycan Dövlət İqtisad Universitetinin  Mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova təqaüdlərin müəyyən səbəbdən gecikdiyini. ən gec gələn həftə tələbələrin hesablarına köçürüləcəyini bildirdi:

“Təqaüdlər hələ köçürülməyib. Müəyyən səbəblərdən ləngimələr olsada, təqaüdlər bu həftənin sonu, ən geci gələn həftə tələbələrin hesablarına köçürüləcək”.

Məqalədə : təqaüd 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
25

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
54

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
44

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
56

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
51
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 00:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru