Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2019
19:33
1309
Paytaxt məktəblərində yeni müsabiqəyə start verildi

“Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində uşaq birliyi təşkilatının rəhbərləri ilə aparılan işləri daha da gücləndirmək, onların fəaliyyətinə stimul vermək, qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaqdan ibarətdir.

BŞTİ-dən FaktXeber.com-a bildirilib ki, iki mərhələdən (rayon və şəhər) ibarət müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür.

Hər iki mərhələ üzrə təqdimatlar münsiflər heyəti tərəfindən dinlənilir. Müsabiqənin rayon mərhələsində qalib gələn ən yaxşı təqdimatlar şəhər mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
25

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
54

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
44

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
56

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
51
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 00:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru