Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2019
15:38
Kılıçdaroğlu: Ərdoğanın Türkiyəni necə bostana çevirdiyini açıqlayacağam

"Sahibkar qardaşlarıma bir az giley edirəm, kimsə inciməsin. "Dolana bilmirəm", "artım üstünə artım gəlir", "zərər edirəm", - deyir. Bunları edən kimdir? Sənin səs verdiyin siyasi partiyanın lideri etdi. Sən onlara dərs verdiyin gün bu problemlər bitəcək."

FaktXəbər-in məlumatına görə, bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu bu gün TBMM-də partiyadan olan millət vəkilləri ilə görüşü zamanı canlı yayımda səsləndirib. 

O, Ərdoğan hökumətinə səslənərək, "rəhbərliyi bizə təslim edin, görəcəksiniz Türkiyə necə idarə olunur. İşsizlik necə bitir, hər evə necə hüzur gəlir. Biz bunların hamısını edəcəyik. Dövlətdə ləyaqət qalmadı, hər şeyə 1 adam qərar verir. Sahibkarın, fermerin dərdini dinləyən yoxdur. Səhər kim yanına getsə, onun problemi həll edilir. Bəs sənə əli çatmayan yüz minlərlə sahibkar, fermer nə etsin? Onların dərdini dinləyən yoxdur. O sarayda oturur, elə bilir hər kəsin yeri çox rahatdır. AK Partiyalı qardaşlarıma səslənmək istəyərəm; önümüzdəki həftə sizə sarayın Türkiyə Cümhuriyyətini necə bostana çevirdiyini açıqlayacağam. Gələn həftə kimlərin bir əli yağda, bir əli balda açıqlayacağam. Səbr edin", - deyə bildirib.

"Tramp qışqırır Türkiyədə dollar qalxır, susur dollar enir... Bu necə məmləkətdir? Bunun məsuliyyəti kimin üzərindəri? Bu tarixi bir sualdır. Bunun məsulu bir adam! Əgər təkbaşına idarə edirsənsə, bütün problemlərin qaynağı sənsən qardaşım", - deyə Kılıçdaroğlu əlavə edib.

Trampın Türkiyəyə qarşı "Pərişan edəcəyəm" təhdidinə də münasibət bildirən Kılıçdaroğlu, "Türkiyə Cümhuriyyətini heç bir güc təhdid edə bilməz. Bu ana qədər AK Partiyadan bir tıq yoxdur. Niyə etiraz etmirlər? Əgər təhdid edilirsənsə, reaksiya verəcəksən, reaksiya göstərə bilmirsənsə, kənara çəkiləcəksən. İdarə edə bilmirsənsə, kənara duracaqsan", - deyərək Ərdoğana söz atıb.

Daha sonra CHP lideri Türkiyədə hər gün qiymnətlərin qalxdığını, amma AK Partiyanın inflyasiyanı gizlətdiyini söyləyib:

"İnflyasiyanın 9 faiz olduğunu deyirlər. Hər gün qiymətlər qalxır, amma inflyasiyamız 9 faizdir. Pendirin kilosu 1 ildə 61 faiz, pomidor kilosu 40 faiz bahalaşıb, amma inflyasiyamız Prezident Sarayına görə 9 faizdir. "Mən belə deyirəm, qəbul edin" söyləyir.

Bu millət önümüzdəki seçkilərdə bu sözləri yeməyəcək, lazımlı dərsi verəcək. Bunu da AK Partiyalı qardaşlarım yaddaşlarının bir küncünə yazsınlar."

Məqalədə : Kılıçdaroğlu Ərdoğan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
597

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
468

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
501

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
768

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
542
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 09:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru