Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2019
09:25
517
Qazax rayonunda top mərmisi tapılıb - FOTO

Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Qazax rayonu, Xanlıqlar kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli 100 mm-lik top mərmisi (BR-412) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə : ANAMA top mərmisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
95

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
462

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
64

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
40

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
45
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 19:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru