Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2019
16:08
1927
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - VİDEO

Sosial şəbəkələrdə müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı barəsində məlumatlar yayılan Kəlbəcər rayonunun 108 nömrəli tam orta məktəbinin direktoru vəzifəsindən azad edilib.

Təhsil Nazrliyindən FaktXəbər-ə verilən məlumata görə, bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılmışdır.

Oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmə rəhbərləri məsələnin yerində araşdırılması üçün qeyd olunan təhsil müəssisəsində olublar. Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktoru Bəsti Hüseynova dərhal vəzifəsindən kənarlaşdırılıb.

Məlum olub ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin 20 iyun 2019-cu il tarixli müraciətinə əsasən, bu təhsil müəssisəsinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq, yeni məktəbin tikintisi müddətində tədris prosesinin başqa binada aparılmasına icazə verilib. Avqustun 9-da Təhsil Nazirliyi tərəfindən təklif olunan binaya baxış keçirilib və məktəbin həmin binada yerləşdirilməsi razılaşdırılıb. Binanın daşınma və icarə haqqı xərclərinin isə dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Buna baxmayaraq məktəbin direktoru Bəsti Hüseynova təhsil müəssisəsinin icarə haqqının ödənilməsi adı ilə müəllimlərdən vəsait toplanılması üçün göstəriş verib. Məsələ ilə bağlı araşdırma davam edir.

Məqalədə : rüşvət direktor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
25

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
54

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
44

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
56

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
51
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 23:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru