Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2019
15:06
Neftçalada Kürə körpə nərə balıqları buraxılıb - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və “Az Varvara” MMC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda nərə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.

ETSN-dən FaktXəbər-ə verilən məlumata görə, təşkil olunan mərasimdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala rayon İcra Hakimiyyətinin, “Az Varvara” MMC-nin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

“Az Varvara” MMC-nin Balıqyetişdirmə Təsərrüfatında yetişdirilmiş çəkisi 40 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb.

Qeyd edək ki, oktyabr ayının sonunadək, ümumilikdə 30 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin təlabatına uyğunlaşdırılmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir.

ETSN vətəndaşları balıq ehtiyatlarının qorunmasında yaxından iştirak etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlamamağa, onları qorumağa və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verməyə çağırır.

Məqalədə : Neftçala Kür nərə balıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
226

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
407
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 22:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru