Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2019
12:32
Gələn ilin əvvəlində pensiyalar 14-15 faiz artacaq - Nazir

Oktyabrın sonuna qədər bütün təqüdçülər öz pensiyalarını müvafiq artımla alacaqlar.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu il ərzində Azərbaycanda pensiyanın minimum məbləği 2 dəfə artıb: "İkinci mərhələ oktyabrın 1-dən qüvvəyə minərək məbləğ 200 manata çatdırılıb. Ümumilikdə minimum pensiya artımı bu il 72 faiz artımla səciyyələnib. Alıcılıq qabiliyyəti göstəricisi üzrə Azərbaycan minimum pensiya məbləğinə MDB məkanında birinci yerdədir".

S.Babayev qeyd edib ki, son artım 660 mindən çox pensiyaçını, yəni pensiyaçıların yarısından çoxunu əhatə edib: "Əlavə olaraq, əmək haqqının artması ilə əlaqədar xüsusi şərtlərlə təqaüdə çıxan 100 min vətəndaşın pensiyası da sentyabrın ayının sonundan etibarən artmağa başlayıb. Yəni ümumilikdə pensiya sahəsində ikinci sosial paketimiz 750 min vətəndaşı əhatə edib. Amma burada önəmli məqam pensiyaların minimum hissəsinin artırılması ilə bağlıdır".

Nazir bildirib ki, gələn il orta əmək haqqında 14-15 faiz artımın olacağı gözlənilir: "Bizim proqnozumuz 14-15 faiz ətrafındadır. İlin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Bu, o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyalar bu məbləğdə indeksləşdiriləcək. Yəni pensiya artımı yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq. Növbəti ilin əvvəlindən hər kəsin pensiyasında orta aylıq əməkhaqqının artımına uyğun olaraq, 14-15 faiz məbləğində daha bir artım olacaq".(Trend)

Məqalədə : pensiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Fevral
13:09
ÖLKƏ
35

DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi

20

Fevral
12:47
HÜQUQ,HADİSƏ
1878

Baş prokurordan yeni təyinatlar - SİYAHI

20

Fevral
12:00
HÜQUQ,HADİSƏ
167

Millimiz Türkiyə yığması ilə oynayacaq

20

Fevral
10:21
BÖLMƏNİ DÜZ SEÇ!
221

Vilayət Eyvazovdan yeni TƏYİNAT

20

Fevral
10:05
HƏRB
419

Xarici valyutaların manata qarşı məzənnələri

20

Fevral
09:55
İQTİSADİYYAT
341
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 13:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru