Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2019
10:59
Mərkəzi Bank tədavülə yeni yubiley pul nişanları buraxıb

Cari ildə ölkəmizdə mərkəzi bankçılığın yaranmasının 100-cü ildönümü və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Neft Fondunun yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb.

AMB-dən FaktXəbər-ə verilən məlumata görə, yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31.1 qram (+ 0.1 qram), diametri isə 38.61 millimetr təşkil edir. Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Mərkəzi bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda Mərkəzi Bankın inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, manatın simvolu, milli naxış və ornamentlər təsvir olunub.

Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində fondun inzibati binasının təsviri, loqosu, Azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikası Dövlət Neft Fondu” və “20 il” sözləri, arxa tərəfində isə Dövlət Gerbi, aypara, eləcə də milli naxış və ornamentlər təsvir edilib.

Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

Məqalədə : Mərkəzi Bank 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7976

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6759

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8404

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8259

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12137

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8008
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 19:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru