Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2019
09:39
938
XİN `Düdelanj` - `Qarabağ` oyununda baş vermiş təxribata münasibət bildirib

"Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda Qarabağ və Düdelanj” oyunu zamanı baş verən təxribatla əlaqədar vəziyyəti nəzarətdə saxlayır".

FaktXəbər bildirir ki, bu barədə Azərbaycan XİN-in sözçüsü  Leyla Abdullayevə "Twitter" səhifəsində yazıb. 

"Azərbaycanın Lüksemburqa akkreditə olunmuş səfiri təxribata cavabdeh şəxslərin tapılması və müvafiq məsuliyyətə cəlb olunmasına əmin olmaq üçün Lüksemburq Xarici İşlər Nazirliyinə müraciət etmək barədə təlimatlandırılıb", - deyə L.Abdullayeva bildirib.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda təxribat baş verib. Xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. 

Buna səbəb separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb və oyun 25 dəqiqə sonra bərpa edilib. Oyun "Qarabağ"ın 1:4 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə : XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
26

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
55

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
45

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
57

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
52
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 00:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru