Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2019
18:02
926
XİN Qazaxda mülki şəxsin öldürülməsinə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dünən Azərbaycanın Qazax rayonunda Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə açdığı atəş nəticəsində azərbaycanlı mülki şəxsin öldürülməsinə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, bu ilin oktyabrın 2-də Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatoru atəşə tutublar.

“İnsident nəticəsində ekskavatorun sürücüsü, mülki şəxs Səfərəli Abışov həlak olub. Ümumiyyətlə, xatırlatmaq istərdik ki, münaqişə ərzində Azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirilməsi Ermənistan silahlı qüvvələrinin fəaliyyətinin əsas mahiyyətini təşkil edib. 1992-ci ildə Xocalıda baş vermiş qanlı qətliam, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azyaşlı uşaqların öldürülməsi halları bunun bariz sübutudur. Son zamanlar tendensiya halını almış və Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları ilə müşayiət olunan atəşkəsin pozulması halları onu təsdiq edir ki, təəssüf ki, işğalçı ölkənin bəyanat və əməlləri münaqişənin sülh yolu ilə həlli maraqlarına kökündən ziddir”, - deyə L. Abdullayeva vurğulayıb.

O qeyd edib ki, bu hərəkətlər heç bir halda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli prosesinin irəli aparılması və substantiv danışıqlar üçün müvafiq şəraitin yaradılmasına dair birmənalı çağırışının əks olunduğu 25 sentyabr 2019-cu il tarixli bəyanatının ruhu və mahiyyətinə uyğun gəlmir: “Biz Ermənistan tərəfinin növbəti mənfur hərəkətini qətiyyətlə pisləyirik və bir daha xatırladırıq ki, məhz Ermənistan tərəfinin gərginliyin artırılmasına yönəlmiş siyasəti sülh prosesində irəliləyişin əldə olunmasına və bölgədə sülh və təhlükəsizliyə başlıca maneə təşkil edir. Mərhumun ailəsinə baş sağlığı veririk”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
26

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
55

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
45

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
57

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
52
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 01:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru